Messi və "Barselona"nın antirekordları

Messi və "Barselona"nın antirekordları İspaniya "Barselona"sının Çempionlar Liqasında Fransada PSJ komandası ilə 1:1 hesablı heç-heçə etdiyi 1/8 final mərhələsinin cavab oyunu antirekordlarla əlamətdar olub
Futbol
11 Mart , 2021 09:40
Messi və Barselonanın antirekordları

İspaniya "Barselona"sının Çempionlar Liqasında Fransada PSJ komandası ilə 1:1 hesablı heç-heçə etdiyi 1/8 final mərhələsinin cavab oyunu antirekordlarla əlamətdar olub.

"Report"un məlumatına görə, ilk matçda rəqibinə 1:4 hesabı ilə uduzan Kataloniya təmsilçisi 2006/2007 mövsümündən sonra ilk dəfə 1/8 final mərhələsinə yüksələ bilməyib. Komanda həmin vaxtdan ardıcıl 13 mövsüm 1/4 finala vəsiqə qazanıb.

Qarşılaşma ulduz futbolçu Lionel Messi üçün də antirekordla yadda qalıb. 34 yaşlı hücumçu 2015-ci ildən sonra ilk dəfə Çempionlar Liqasında penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib. 6 il əvvəl argentinalı oyunçunun zərbəsini İngiltərənin "Mançester Siti" klubunun sabiq qapıçısı Co Hart, PSJ ilə matçda isə Keylor Navas dəf edib.

Həmçinin 2005-ci ildən sonra qitənin bir nömrəli klub turnirinin 1/4 finalında nə Kriştianu Ronaldu, nə də Lionel Messi iştirak edəcək.

Ronaldu İtaliya "Yuventus"unun heyətində Portuqaliya "Portu"sunu keçə bilməyib. Səfərdə 1:2 hesabı ilə uduzan Turin təmsilçisi, evdə eyni hesabla qələbə qazanıb. Əlavə vaxtda isə komandalar hərəyə bir dəfə fərqlənib. Beləliklə, "Portu" səfərdə daha çox qol vurduğu üçün növbəti mərhələyə yüksəlib.

Son xəbərlər

Orphus sistemi