Argentina millisinin hücumçusu və kapitanı Lionel Messi DÇ-2026-nın seçmə mərhələsində Braziliyaya qarşı oyunda (1:0) zədələndiyini bildirib.
“Report” xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
"Əzələmdə narahatlıq hiss etdim. Bu, ilin son oyunu idi. Ona görə də sağalmağa vaxtım var ki, 2024-cü ilə tam hazır başlaya bilim", - Messi deyib.
Matç Rio-de-Janeyrodakı (Braziliya) “Marakana” stadionunda, Bakı vaxtı ilə saat 04:30-da başlamalı idi. Lakin yaranan iğtişaşlar səbəbindən start fiti gecikib - tribunada azarkeşlər arasında dava düşüb. Messi komandasını meydandan çıxarıb, amma yarım saatdan sonra argentinalı futbolçular geri qayıdıblar.
Argentina millisi Cənubi Amerika zonasında 15 xalla liderdir. Braziliyalılar isə 7 xalla altıncıdır.
Ötən il dekabrın 18-də Dünya Kubokunun finalında Argentina yığması Fransaya qalib gələrək kubokun yeni qalibi olub.