Messi İspaniya çempionatının rekordunu yenilədi

Messi İspaniya çempionatının rekordunu yenilədi İspaniya “Barselona”nın hücumçusu və kapitanı Lionel Messi İspaniya Primerasının ardıcıl 12 sezonunda ən azı 25 qol vuran yeganə futbolçudur
Futbol
23 Aprel , 2021 03:03
Messi İspaniya çempionatının rekordunu yenilədi
Lionel Messi

İspaniyanın “Barselona” futbol komandasının hücumçusu və kapitanı Lionel Messi ölkə Primerasının ardıcıl 12 mövsümündə azı 25 qol vuran yeganə futbolçudur.

“Report” xəbər verir ki, bu barədə “Squawka Football” bildirib. Qeyd edilir ki, 33 yaşlı argentinalı futbolçu İspaniya çempionatının XXI turunda “Xetafe”yə qarşı matçda (5:2) dubla imza atıb. Carı mövsümdə Messinin hesabında 25 qol və 9 məhsuldar ötürmə var.

Martda Messi əfsanəvi braziliyalı futbolçu Pelenin eyni çempionatda qolların hesabına görə rekordunu üstələyib. Bundan əlavə, argentinalı hücumçu “Barselona” ilə 35 titul qazanıb. O, komandası ilə 10 dəfə İspaniya çempionatında, 7 dəfə İspaniya Kubokunda, 8 dəfə İspaniya Super Kubokunda, 4 dəfə Çempionlar Liqasında, 3 dəfə UEFA Super Kubokunda və 3 dəfə klublararası dünya çempionatında qalib gəlib.

Son xəbərlər

Orphus sistemi