Messi yenə "Barselona"nın məşqinə qatılmadı

Messi yenə "Barselona"nın məşqinə qatılmadı İspaniya "Barselona"sının kapitanı Lionel Messi komandasının bugünkü məşqində də iştirak etməyib.
Futbol
1276
5 Sentyabr , 2020 15:03
Messi yenə Barselonanın məşqinə qatılmadı
Lionel Messi

İspaniya "Barselona"sının kapitanı Lionel Messi komandasının bugünkü məşqində də iştirak etməyib.

"Report" AFP-yə istinadən xəbər verir ki, argentinalı futbolçu hazırlıq prosesinə sentyabrın 7-də qoşulacaq.

Daha əvvəl Kataloniya təmsilçisindən ayrılmaq istədiyini bildirən 33 yaşlı hücumçu məhkəmə məsələsinə görə qərarını dəyişib. O, müqaviləsinin sonuna - 2021-ci ilin yayınadək komandada qalacağını açıqlayıb.

Qeyd edək ki, bir müddət əvvəl Britaniya mətbuatı Lionel Messinin "Mançester Siti" ilə anlaşdığını yazmışdı. Hücumçu 2004-cü ildən "Barselona"nın əsas komandasında çıxış edir. 33 yaşlı forvard bu müddət ərzində bütün turnirlər daxil olmaqla 731 matçda meydana çıxıb, 634 qol və 285 məhsuldar ötürmə ilə yadda qalıb.

Orphus sistemi