Messi yenə "Barselona"nın kapitanı olacaq

Messi yenə "Barselona"nın kapitanı olacaq İspaniyanın "Barselona" komandasının yeni mövsüm üçün kapitanı müəyyənləşib.
Futbol
12 Sentyabr , 2020 16:22
Messi yenə Barselonanın kapitanı olacaq
Lionel Messi

İspaniyanın "Barselona" komandasının yeni mövsüm üçün kapitanı müəyyənləşib. 

"Report" "El Mundo Deportivo" nəşrinə istianadən xəbər verir ki, Lionel Messi 2020/2021 mövsümündə də kapitan sarğısını taxacaq.

33 yaşlı argentinalı hücumçu 2018-ci ildə Andres İnyestanın Kataloniya klubundan ayrılmasından sonra bu vəzifəyə sahib olub. Serxio Buskets, Jerar Pike və Serxio Roberto vitse-kapitanlar olacaq. 

Qeyd edək ki, "Barselona" La Liqanın ilk turunda sentyabrın 13-də "Elçe" ilə qarşılaşmalı idi, lakin matç təxirə salınıb. 

Xatırladaq ki, "Barselona"dan ayrılmaq istədiyini bildirən Lionel Messi məhkəmə məsələsinə görə qərarını dəyişib. O, müqaviləsinin bitəcəyi 2021-ci ilin yayınadək komandada qalacağını açıqlayıb. O, 2004-cü ildən "Barselona"nın əsas komandasında çıxış edir. 33 yaşlı forvard bu müddət ərzində bütün turnirlər daxil olmaqla 731 matçda meydana çıxıb, 634 qol və 285 məhsuldar ötürmə ilə yadda qalıb. 

Son xəbərlər

Orphus sistemi