Messi Xavi Ernandesin rekordunu təkrarladı

Messi Xavi Ernandesin rekordunu təkrarladı İspaniya La Liqasının XXVII turunun "Ueska" ilə ev oyunu "Barselona"nın kapitanı Lionel Messi üçün əlamətdar olub
Futbol
16 Mart , 2021 00:35
Messi Xavi Ernandesin rekordunu təkrarladı

İspaniya La Liqasının XXVII turunun "Ueska" ilə ev oyunu "Barselona"nın kapitanı Lionel Messi üçün əlamətdar olub.

"Report"un məlumatına görə, Kataloniya təmsilçisinin heyətində 767-ci dəfə meydana çıxan argentinalı futbolçu matç sayına görə keçmiş komanda yoldaşı Xavi Ernandesin rekordunu təkrarlayıb.

Hazırda qarşılaşmada ilk hissə oynanılır və meydan sahibləri 34 yaşlı forvardın 13-cü dəqiqədə vurduğu qolla hesabda öndədir - 1:0.

Qeyd edək ki, Lionel Messi 2004-cü ildən "Barselona"nın əsas komandasında çıxış edir.

Son xəbərlər

Orphus sistemi