Messi və Ronaldu 2021-ci ilin rəmzi komandasına düşməyib

Messi və Ronaldu 2021-ci ilin rəmzi komandasına düşməyib Fransanın nüfuzlu "L Equipe" jurnalı 2021-ci ilin yekunları əsasında rəmzi yığmanı təqdim edib.
Futbol
4 Yanvar , 2022 15:54
Messi və Ronaldu 2021-ci ilin rəmzi komandasına düşməyib

Fransanın nüfuzlu "L Equipe" jurnalı 2021-ci ilin yekunları əsasında rəmzi yığmanı təqdim edib.

"Report"un məlumatına görə, ilin komandasında Kriştianu Ronaldu ("Mançester Yunayted", Portuqaliya) və "Qızıl top"un hazırkı sahibi Lionel Messiyə (PSJ, Argentina) yer tapılmayıb.

Qapıçı: Eduar Mendi ("Çelsi", Seneqal)

Müdafiəçilər: Trent Aleksander-Arnold ("Liverpul", İngiltərə), Ruben Diaş ("Mançester Yunayted", Portuqaliya), Markinyos (PSJ, Braziliya), Teo Ernandes ("Milan", Fransa)

Yarımmüdafiəçilər: N Qolo Kante ("Çelsi", Fransa), Jorjinyo ("Çelsi", İtaliya), Kevin De Bröyne ("Mançester Siti", Belçika), Məhəmməd Salah ("Liverpul", Misir)

Hücumçular: Kərim Benzema ("Real Madrid", Fransa), Robert Levandovski ("Bavariya", Polşa)

Qeyd edək ki, "Qızıl top" mükafatı uğrunda səsvermədə Lionel Messi "L Equipe" nəşrinin rəmzi komandasındakı bütün futbolçuları arxada qoyub.

Son xəbərlər

Orphus sistemi