Messi və Neymar müqavilələri bitənədək PSJ-də qalacaq

Messi və Neymar müqavilələri bitənədək PSJ-də qalacaq Fransa PSJ-sinin ulduz futbolçuları Lionel Messi və Neymar klubu tərk etməyəcək.
Futbol
185
12 Mart , 2022 15:13
Messi və Neymar müqavilələri bitənədək PSJ-də qalacaq

Fransa PSJ-sinin ulduz futbolçuları Lionel Messi və Neymar klubu tərk etməyəcək.

"Report" "Lequipe" nəşrinə istinadən xəbər verir ki, hər iki oyunçu müqavilələrinin sonunadək Paris təmsilçisində qalacaq.

Onlar yüksək maaş aldıqları üçün ayrılmaq barədə düşünmürlər. Nəşr bildirib ki, dünyanın heç bir klubu Messi ilə Neymara bu qədər məvacib ödəyə bilməyəcək.

Argentinalı hücumçu illik təxminən 41 milyon avro, braziliyalı forvard 36 milyon avro qazanır.

Qeyd edək ki, Lionel Messinin müqaviləsi 2023-cü ilin, Neymarın sözləşməsi isə 2025-ci ilin yayında başa çatacaq.

Son xəbərlər

Orphus sistemi