Messi və Neymar mövsümün oyunçusu adına namizədlərin siyahısına düşməyib

Messi və Neymar mövsümün oyunçusu adına namizədlərin siyahısına düşməyib Futbol üzrə Fransa çempionatında 2021/2022 mövsümünün ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb.
Futbol
4 May , 2022 09:48
Messi və Neymar mövsümün oyunçusu adına namizədlərin siyahısına düşməyib

Futbol üzrə Fransa çempionatında 2021/2022 mövsümünün ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb.

"Report" Liqa 1-in rəsmi saytına istinadən xəbər verir ki, PSJ-nin ulduz futbolçuları Lionel Messi və Neymar siyahıdan kənarda qalıb.

Əvəzində Paris təmsilçisindən Kilian Mbappe, "Monako"dan Vissam Ben-Yedder, "Marsel"dən Dmitri Payet, "Lion"dan Lukas Paketa və "Renn"dən Marten Terrye namizədlər sırasında yer alıblar.

Qeyd edək ki, qalibin adı mayın 15-də bəlli olacaq.

Son xəbərlər

Orphus sistemi