Messi və Alba ABŞ Açıq Kubokunun final oyununu buraxa bilərlər

Messi və Alba ABŞ Açıq Kubokunun final oyununu buraxa bilərlər “İnter Mayami” klubunun aparıcı futbolçuları Lionel Messi və Jordi Alba ABŞ Açıq Kubokunun finalını buraxa bilərlər.
Futbol
21 Sentyabr , 2023 10:29
Messi və Alba ABŞ Açıq Kubokunun final oyununu buraxa bilərlər

“İnter Mayami” klubunun aparıcı futbolçuları Lionel Messi və Jordi Alba ABŞ Açıq Kubokunun finalını buraxa bilərlər.

“Report”un məlumatına görə, buna səbəb adı çəkilən oyunçuların MLS-in bu gün keçirilən matçında zədələnmələridir.

Florida ştatının təmsilçisinin “Toronto”nu 4:0 hesabı ilə məğlub etdiyi qarşılaşmanın 34-cü dəqiqəsində ispaniyalı müdafiəçi, 37-ci dəqiqəsində isə argentinalı hücumçu zədə səbəbindən əvəzləniblər.

Baş məşqçi Xerardo Martino onların MLS-in növbəti turunda “Orlando Siti” ilə səfər görüşündə iştirak etməyəcəklərini açıqlayıb. O, Messi və Albanın “Hyuston”la final matçında çıxış edib-etməyəcəklərinin isə bəlli olmadığını bildirib.

Qeyd edək ki, “İnter Mayami” ilə “Hyuston” arasında ABŞ Açıq Kubokunun final görüşü sentyabrın 28-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi