Messi PSJ azarkeşlərinə müraciət edib

Messi PSJ azarkeşlərinə müraciət edib Fransanın "Pari Sen-Jermen" (PSJ) futbol komandasının futbolçusu Lionel Messi klubun azarkeşlərinə müraciət edib.
Futbol
12 Avqust , 2021 00:57
Messi PSJ azarkeşlərinə müraciət edib
Lionel Messi

Fransanın "Pari Sen-Jermen" (PSJ) futbol komandasının futbolçusu Lionel Messi klubun azarkeşlərinə müraciət edib.

“Report” xəbər verir ki, argentinalı hücumçu bu barədə instaqramdakı hesabında yazıb.

"Həyatımda yeni mərhələyə başlayıram və bunu böyük motivasiya və hər gün yeni şeylər öyrənməyə davam etmək arzusu ilə edirəm. PSJ hədəflərinə nail olmaq üzərində işləyəcəyik”, - Messi sosial şəbəkədə yazıb.

Avqustun 5-də İspaniyanın "Barselona" klubu ölkə çempionatının maliyyə qaydalarına görə Messinin komandadan getdiyini elan edib.

Messi 2003-cü ildən "Barselona"da çıxış edib. O, bu komandanın heyətində 10 dəfə İspaniya çempionu olub, 7 dəfə ölkə kubokunu, 8 dəfə isə Super Kuboku qazanıb. Dörd dəfə Çempionlar Liqasının qalibi olan təcrübəli hücumçu 3 dəfə UEFA Super Kubokunda və klublararası dünya çempionatında qələbə sevinci yaşayıb.

Messi ötən mövsüm İspaniya La Liqasında 35 matçda iştirak edərək, 30 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun hesabında Çempionlar Liqasının 6 oyununda 5 qol və 2 məhsuldar ötürmə var.

Son xəbərlər

Orphus sistemi