Messi Pelenin qol rekordunu təkrarladı

Messi Pelenin qol rekordunu təkrarladı İspaniyanın "Barselona" futbol komandasının hücumçusu Lionel Messi ölkə çempionatının "Valensiya" qarşı matçının birinci hissəsində fərqlənib.
Futbol
1952
19 Dekabr , 2020 20:28
Messi Pelenin qol rekordunu təkrarladı
Lionel Messi

İspaniyanın "Barselona" futbol komandasının hücumçusu Lionel Messi ölkə çempionatının "Valensiya"ya qarşı matçının birinci hissəsində fərqlənib.

“Report” xəbər verir ki, Messi birinci hissənin sonunda topu başı ilə qapıdan keçirib. Bu, 33 yaşlı argentinalı üçün Katalon klubundakı matçlarda 643-cü qol olub.

Messi bir klubda qolların miqdarına görə braziliyalı Pele ilə bərabər olub. Pele Braziliyanın "Santosa" komandasının heyətində də bu sayda qol vurub.

Argentinalı "Barselona"da 747-ci matçı keçirir. Birinci taymdan sonra hesab 1:1-dir.

Son xəbərlər

Orphus sistemi