Messi Pelenin rekordunu qırmasına münasibət bildirib

Messi Pelenin rekordunu qırmasına münasibət bildirib "Bu anı çoxdan gəzləyirdim və xəyal edirdim".
Futbol
10 Sentyabr , 2021 11:57
Messi Pelenin rekordunu qırmasına münasibət bildirib
Lionel Messi

"Bu anı çoxdan gəzləyirdim və xəyal edirdim".

"Report"un məlumatına görə, bunu Argentina millisinin ulduz futbolçusu Lionel Messi braziliyalı əfsanəvi hücumçu Pelenin rekordunu qırmasına münasibət bildirərkən deyib.

Cənubi Amerika yığmalarının oyunçuları arasında ən məhsuldar futbolçu ünvanına sahib çıxan forvard bu uğurun onun həyatında bənzərsiz an olduğunu söyləyib: "Bu gün anamın və qardaşlarımın stadionda olması və qələbəni onlarla birlikdə qeyd etmək həqiqətən gözəldir".

Qeyd edək ki, Argentinanın Boliviyaya 3:0 hesabı ilə qalib gəldiyi oyunda Lionel Messi het-trik edib. 34 yaşlı hücumçu yığmanın heyətində 79-cu qolunu vuraraq Peleni (77 qol) geridə qoyub.

Son xəbərlər

Orphus sistemi