Messi növbəti Çempionlar Liqası oyununu da buraxacaq

Messi növbəti Çempionlar Liqası oyununu da buraxacaq İspaniya "Barselona"sı UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turunda səfərdə Macarıstanın "Ferentsvaroş" komandası ilə matda bir neçə futbolçusundan istifadə etməyəcək.
Futbol
1 Dekabr , 2020 16:53
Messi növbəti Çempionlar Liqası oyununu da buraxacaq
Lionel Messi

İspaniya "Barselona"sı UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turunda səfərdə Macarıstanın "Ferentsvaroş" komandası ilə matçda bir neçə futbolçusunun xidmətindən yararlanmayacaq.

"Report"un məlumatına görə, baş məşqçi Ronald Kuman qapıçı Mark-Andre ter Ştegen, yarımmüdafiəçi Filippe Koutinyo və kapitan Lionel Messini Budapeştə aparmayacaq. Kuman oyunçulara istirahət verməli olduğunu düşünərək bu addımı atıb.

Qeyd edək ki, dekabrın 2-də keçiriləcək "Ferentsvaroş" - "Barselona" qarşılaşması Bakı vaxtı ilə saat 24:00-da başlayacaq. Lionel Messi Ukraynada Kiyev "Dinamo"sunu 4:0 hesabı ilə məğlub etdikləri IV tur matçını da buraxmışdı.

Son xəbərlər

Orphus sistemi