Messi "Lion"la matçda əvəzləndikdən sonra baş məşqçinin əlini sıxmaqdan imtina edib

Messi "Lion"la matçda əvəzləndikdən sonra baş məşqçinin əlini sıxmaqdan imtina edib Fransa PSJ-sinin futbolçusu Lionel Messi Liqa 1-in VI turunun "Lion"la matçında əvəzləndikdən sonra öz komandasının baş məşqçisi Mauriso Poçettinonun əlini sıxmayıb
Futbol
20 Sentyabr , 2021 02:56
Messi Lionla matçda əvəzləndikdən sonra baş məşqçinin əlini sıxmaqdan imtina edib

Fransa PSJ-sinin futbolçusu Lionel Messi Liqa 1-in VI turunun "Lion"la matçında əvəzləndikdən sonra öz komandasının baş məşqçisi Mauriso Poçettinonun əlini sıxmayıb.

"Report"un məlumatına görə, argentinalı hücumçunun yerinə meydana 76-cı dəqiqədə müdafiəçi Əşrəf Hakimi daxil olub. Messi birbaşa ehtiyat oyunçular skamyasına doğru gedib.

Görüş PSJ-nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 54-cü dəqiqədə "Lion"un yarımmüdafiəçisi Lukas Paketa açıb. Neymar tezliklə penalti zərbəsini uğurla reallaşdıraraq hesabı bərabərləşdirib. Paris təmsilçisinin qələbə qolunu ikinci hissəyə əlavə edilmiş vaxtda argentinalı Mauro İkardi vurub - 2:1.

Bu, Messinin Paris klubunun heyətində üçüncü oyunu olub. Argentinalı futbolçu hələlik qol vura bilməyib.

Qeyd edək ki, avqustun 10-da PSJ Lionel Messi ilə 2023-cü ilədək müqavilə imzaladığını açıqlayıb. 

Son xəbərlər

Orphus sistemi