Messi Lev Yaşini geridə qoyub

Messi Lev Yaşini geridə qoyub Fransanın PSJ klubunun ulduz futbolçusu Lionel Messi SSRİ yığmasının sabiq qapıçısı Lev Yaşinin uğurunu geridə qoyub
Futbol
30 Noyabr , 2021 09:09
Messi Lev Yaşini geridə qoyub
Lionel Messi

Fransanın PSJ klubunun ulduz futbolçusu Lionel Messi keçmiş SSRİ yığmasının mərhum qapıçısı Lev Yaşini geridə qoyub.

"Report"un məlumatına görə, argentinalı oyunçu buna 7-ci dəfə "Qızıl top"u qazanmaqla nail olub.

Təcrübəli forvard 34 yaş 158-ci günündə nüfuzlu mükafata sahib çıxıb. Yaşin 1963-cü ildə 34 yaş 56 günündə "Qızıl top" qazanıb. Bununla da Messi "Qızıl top"u qazanan ikinci ən yaşlı futbolçu olub.

Qeyd edək ki, mükafatın ən yaşlı sahibi hələlik ingiltərəli Stenli Metyuzdur. Hücumçu 41 yaş 321 günündə bunu bacarıb. O, "Qızıl Top"u qazanan ilk oyunçudur.

Son xəbərlər

Orphus sistemi