Messi La Liqanın cari mövsümündə yeni rekorda imza atıb

Messi La Liqanın cari mövsümündə yeni rekorda imza atıb "Barselona"nın hücumçusu Lionel Messi İspaniya La Liqasının 31-ci turunun "Vilyarreal"la matçında iki məhsuldar ötürmə müəllifi olub.
Futbol
2786
6 İyul , 2020 02:17
Messi La Liqanın cari mövsümündə yeni rekorda imza atıb

"Barselona"nın hücumçusu Lionel Messi İspaniya La Liqasının 31-ci turunun "Vilyarreal"la matçında iki məhsuldar ötürmə müəllifi olub.

"Report“ xəbər verir ki, beləliklə, La Liqanın cari mövsümündə argentinalı futbolçunun məhsuldar ötürmələrinin sayı 19-a çatıb. Bu, Messinin yeni rekordudur.

Messi qolla nəticələnən 19-cu ötürməsi ilə İspaniya çempionatının lideridir. Bundan başqa, argentinalı bombardirlər siyahısına da başçılıq edir - onun hesabında 22 qol var. Siyahıda ikinci yerdə Madrid "Real"ının hücumçusu Kerim Benzema (17 qol) qərarlaşıb.

"Barselona" turnir cədvəlində "Real"dan sonra ikinci yerdədir.