Messi kubok oyununda PSJ-yə kömək etməyəcək

Messi kubok oyununda PSJ-yə kömək etməyəcək Fransanın PSJ klubunun ulduz futbolçusu Lionel Messi "Feni-Olnua"ya qarşı ölkə kubokunun 1/32 final oyununda iştirak etməyəcək.
Futbol
19 Dekabr , 2021 15:31
Messi kubok oyununda PSJ-yə kömək etməyəcək

Fransanın PSJ klubunun ulduz futbolçusu Lionel Messi "Feni-Olnua"ya qarşı ölkə kubokunun 1/32 final mərhələsinin oyununda iştirak etməyəcək.

"Report" "RMC Sport"a istinadən xəbər verir ki, Paris təmsilçisinin məşqçilər korpusu 34 yaşlı hücumçuya istirahət verib və onun adı görüşün iştirak ərizəsinə daxil edilməyib.

Argentinalı forvard cari mövsüm Fransa Liqa 1-də 10 görüşdə meydanda olub, 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Feni-Olnua" - PSJ matçı bu gecə Bakı vaxtı ilə saat 00:10-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi