Messi karyerasında ən yaddaqalan qolunu açıqlayıb
Futbol
- 02 noyabr, 2023
- 04:03
ABŞ-nin "İnter Mayami" klubunun hücumçusu Lionel Messi 2011-ci ildə Çempionlar Liqasının yarımfinalında "Barselona"nın heyətində "Real"a vurduğu qolun karyerasında ən yaddaqalan olduğunu deyib.
"Report" xəbər verir ki, Messinin sözləri "Qızıl top"un X sosial şəbəkəsindəki hesabında paylaşılıb.
“Mən həmişə deyirəm ki, vacib qollar Çempionlar Liqasının və Dünya Kubokunun finalında vurulan qollardır. Həmişə xatırladığım qol Çempionlar Liqasının yarımfinalında "Real"a 2:0 hesabı ilə qalib gəldiyimiz zaman vurduğumuz qoldur”, - Messi qeyd edib.
Oktyabrın 30-da Messi səkkizinci dəfə "Qızıl top"u qazanıb. Argentinalı futbolçu karyerası ərzində 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olub.
Son xəbərlər
00:46
Ronaldu Trampa zəng edib
Digər ölkələr00:38
Merts: İsrail İordan çayının Qərb sahilinin ilhaqından imtina etməlidir
Digər ölkələr00:31
Makron Rusiyanın son hücumlarından sonra Ukraynaya dəstəyini ifadə edib
Digər ölkələr00:16
İranın XİN başçısı danışıqlar barədə: Top ABŞ-dədir
Region00:10
Yevlaxda baş verən yanğında ölü sayı artıb
Hadisə23:49
Almaniya Kansleri Merts ilk dəfə İsrailə rəsmi səfər edib
Digər ölkələr23:34
İndoneziyada daşqınlar nəticəsində ölənlərin sayı 900 nəfəri keçib
Digər ölkələr23:20
Dövlət Departamenti: Aİ Rusiyadan qaz alışına Ukraynaya yardımdan çox vəsait ayırıb
Digər ölkələr23:01