Messi karyerasında cərimə zərbəsindən vurduğu qolların sayını 50-yə çatdırdı

Messi karyerasında cərimə zərbəsindən vurduğu qolların sayını 50-yə çatdırdı İspaniya Primerasının XXX turunun matçında "Valensiya" "Barselona"nı qəbul edib
Futbol
3 May , 2021 08:28
Messi karyerasında cərimə zərbəsindən vurduğu qolların sayını 50-yə çatdırdı

İspaniya Primerasının XXX turunun matçında "Valensiya" "Barselona"nı qəbul edib.

“Report” xəbər verir ki, Valensiyadakı “Mestalya” stadionunda keçirilən görüş qonaqların 3:2 hesabla qələbəsi ilə bitib. “Barselona”nın heyətində Lionel Messi dubl edib, digər qolu isə Antuan Qrizman adına yazdırıb.

Argentinalı hücumçu qollardan birini cərimə zərbəsindən vurub. Bununla o, karyerasında cərimə zərbəsindən vurduğu qolların sayını 50-yə çatdırıb.

Messi İspaniya çempionatının cari mövsümündə keçirdiyi 32 görüşdə 28 qol vurub və 11 məhsuldar ötürmə edib.

Son xəbərlər

Orphus sistemi