Messi karyerasında 300-cü məhsuldar ötürməsini edib

Messi karyerasında 300-cü məhsuldar ötürməsini edib İspaniya çempionatının "Ueska" qarşı 17-ci turunun matçında (1:0) "Barselona"nın kapitanı Lionel Messi Frenki De Yonqun qolunun ötürmə müəllifi olub.
Futbol
4 Yanvar , 2021 07:56
Messi karyerasında 300-cü məhsuldar ötürməsini edib
Lionel Messi
0 : 00
0 : 00

İspaniya çempionatının "Ueska"ya qarşı 17-ci turunun matçında (1:0) "Barselona"nın kapitanı Lionel Messi Frenki De Yonqun qolunun ötürmə müəllifi olub.

“Report”un məlumatına görə, beləliklə, Messi karyerası ərzində 300 məhsuldar ötürməyə imza atıb.

O, komandanın heyətində 750 matçda 260, həmçinin Argentina yığmasının heyətində 142 matçda 40 ötürmə edib. Bu halda "Ueska" ilə oyun La Liqa çərçivəsində Messi üçün 500-cü matç olub.

Argentinalı "Barselona"nın əsas heyətində 17-ci mövsümünü keçirir. Otuz üç yaşlı hücumçu İspaniya çempionatlarında 451 qol vurub və 185 məhsuldar ötürmə edib. Messi onqat İspaniya çempionudur.

Daha əvvəl Messi İspaniya çempionatının 15-ci turunun "Valyadolid"lə (3:0) matçında əlamətdar statistik uğur əldə edib. Argentinalı oyunçu 65-ci dəqiqədə rəqibin qapısına qol vuraraq, bir klubda qolların miqdarına görə əfsanəvi braziliyalı futbolçu Pelenin rekordunu üstələyib.

İndi 33 yaşlı argentinalının hesabında 644 qol var, bir zamanlar Peledə bu, 643 qol təşkil edib.

Son xəbərlər

Orphus sistemi