Messi İspaniya kubokunda qol sayı üzrə tarixi rekorda imza atdı

Messi İspaniya kubokunda qol sayı üzrə tarixi rekorda imza atdı İspaniyanın "Barselona" futbol komandası növbəti dəfə ölkə Kubokunun sahibi olub
Futbol
18 Aprel , 2021 05:27
Messi İspaniya kubokunda qol sayı üzrə tarixi rekorda imza atdı

İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi unikal statistik nailiyyətə imza atıb.

"Report"un məlumatına görə, argentinalı hücumçu İspaniya Kral Kubokunda "Atletik"lə final oyunundakı dublu sayəsində turnirin 10 həlledici matçında 9 qol vurub. Beləliklə, kapitan “Atletik”in əfsanəvi futbolçusu Telmo Sarranın rekordunu üstələyib. Sarranın aktivində 8 qol olub.

Bu, Messi üçün ümumilikdə 35-ci titul olub. 34 yaşlı oyunçu 10 dəfə İspaniya çempionu, 8 dəfə ölkə Super kuboku, 7 dəfə Kral Kuboku, 4 dəfə Çempionlar Liqası, 3 dəfə UEFA Super Kubokunun qalibi və 3 dəfə klublararası dünya çempionu olub.

Qeyd edək ki, "Barselona" "Atletik"i 4:0 hesabı ilə yenərək, tarixində 31-ci dəfə İspaniya Kral Kubokunu qazanıb. İkinci yerdə gedən "Atletik"də isə bu göstərici 23-dür.

Son xəbərlər

Orphus sistemi