Messi İspaniya çempionatının rekord sayda ən yaxşı bombardiri oldu

Messi İspaniya çempionatının rekord sayda ən yaxşı bombardiri oldu "Barselona"nın və Argentina futbol yığmasının hücumçusu Lionel Messi öz karyerasında yeddinci dəfə İspaniya çempionatının ən yaxşı bombardiri olub.
Futbol
20 İyul , 2020 01:22
  Messi İspaniya çempionatının rekord sayda ən yaxşı bombardiri oldu

"Barselona"nın və Argentina futbol yığmasının hücumçusu Lionel Messi öz karyerasında yeddinci dəfə İspaniya çempionatının ən yaxşı bombardiri olub.

“Report” xəbər verir ki, Messi 33 matçda 25 qol vuraraq, “Real”ın hücumçusu Kərim Benzemanı (37 matçda 21 qol) və "Vilyarreal"ın hücumçusu Jerar Morenonu (35 oyunda 18 qol) qabaqlayıb.

Daha əvvəl Messi mövsümün nəticəsinə görə İspaniya çempionatının ən yaxşı bombardirinə verilən mükafatı qazanıb.

33 yaşlı argentinalı “Barselona”nın yetirməsidir. Forvard cari mövsümdə bütün turnirlədrə 42 matçda iştirak edərək 30 qol vurub və 26 məhsuldar ötürmə edib.

Son xəbərlər

Orphus sistemi