Messi futbol tarixində yeni rekorda imza atıb
Futbol
- 17 avqust, 2025
- 21:02
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-nin "İnter Mayami" klubunun ulduz futbolçusu Lionel Messi karyerasında 875 qol vuraraq tarixi rekorda imza atıb.
"Report"un "Goal"a istinadən məlumatına görə, futbolçu "Los Anceles Qalaks" ilə MLS matçında fərqlənib.
Argentinalı hücumçu bu nailiyyəti tarixdə hamıdan tez - 1116 matçda əldə edib. Messi həm də bu uğura imza atan ən gənc futbolçu olub.
"Barselona"nın heyətində Messi onqat İspaniya çempionu, yeddi dəfə İspaniya kubokunun qalibi olub, həmçinin dörd dəfə Çempionlar Liqasının qalibi adını qazanıb. Ümumilikdə o, kataloniyalıların tərkibində bütün turnirlərdə 778 oyun keçirib, 672 qol vurub. Bundan əlavə, Messi 8 dəfə “Qızıl top”un sahibi olub.
Son xəbərlər
06:33
Video
Nikol Paşinyanın Türkiyəyə işgüzar səfəri başlayıb
Region
06:19
"Reuters": Konqo DR-də Ebolaya yoluxanların sayı 11 mini ötüb
Sağlamlıq
05:55
NYT: ABŞ-nin maliyyə naziri İranın hədələrinə görə hərbi bazaya köçüb
Digər ölkələr
05:30
Litvada naməlum obyektə görə iki hava limanının işi məhdudlaşdırılıb
Digər ölkələr
04:51
ABŞ-də üzərində bomba olduğunu deyən təyyarə sərnişini saxlanılıb
Digər ölkələr
04:20
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
Digər ölkələr
04:06
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
Digər ölkələr
03:42
ABŞ Nümayəndələr Palatası Pit Heqsetin impiçmenti təşəbbüsünü bloklayıb
Digər ölkələr
03:21
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
Region