Messi daha bir oyunu buraxacaq

Messi daha bir oyunu buraxacaq Fransa PSJ-sinin futbolçusu Lionel Messi zədə səbəbindən daha bir oyunu buraxacaq.
Futbol
1051
22 Sentyabr , 2021 20:08
Messi daha bir oyunu buraxacaq
Lionel Messi

Fransa PSJ-sinin futbolçusu Lionel Messi zədə səbəbindən daha bir oyunu buraxacaq.

"Report" "L Equipe" nəşrinə istinadən xəbər verir ki, argentinalı hücumçu Liqa-1-in VIII turunda "Monpelye" ilə görüşdə də meydana çıxa bilməyəcək.

Hətta 34 yaşlı forvard İngiltərənin "Mançester Siti" klubuna qarşı UEFA Çempionlar Liqasının qrup mərhələsinin II tur matçında da oynamaya bilər. Futbolçunun durumu ilə bağlı növbəti açıqlama sabah veriləcək.

Lionel Messi PSJ-nin Liqa-1-in VI turunda "Lion"a 2:1 hesabı ilə qalib gəldiyi oyunda zədələnib. Sol dizindən xəsarət alan təcrübəli oyunçu 76-cı dəqiqədə Əşrəf Hakimi ilə əvəzlənib. O, zədəli olduğu üçün ölkə çempionatında VII turun "Mets"lə oyununda da forma geyinməyəcək.

Qeyd edək ki, PSJ sentyabrın 25-də "Monpelye"ni, 3 gün sonra isə "Mançester Siti"ni qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi