Messi Çempionlar Liqasında yeni nailiyyətə imza atdı

Messi Çempionlar Liqasında yeni nailiyyətə imza atdı İspaniya "Barselona"sının futbolçusu Lionel Messi Çempionlar Liqasında (ÇL) yeni nailiyyətə imza atıb
Futbol
17 Fevral , 2021 01:37
Messi Çempionlar Liqasında yeni nailiyyətə imza atdı
Lionel Messi

İspaniya "Barselona"sının futbolçusu Lionel Messi Çempionlar Liqasında (ÇL) yeni nailiyyətə imza atıb.

"Report"un məlumatına görə, argentinalı hücumçu Avropanın ən nüfuzlu klub turnirində ardıcıl 17-ci təqvim ilində fərqlənməyi bacarıb. 34 yaşlı forvard 2021-ci ildə ÇL-də ilk qolunu evdə Fransa PSJ-si ilə 1/8 final mərhələsinin ilk oyununda vurub. Kapitan 27-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Beləliklə, o, 2005-ci ildən başlayaraq, hər il rəqib komandaları məyus edib.

Bununla da Messi İspaniya "Real Madrid"inin və Almaniya "Şalke"sinin keçmiş hücumçusu Raul Qonsalesin nailiyyətini (1995 - 2011) təkrarlayıb.

Qeyd edək ki, hazırda PSJ hesabda öndədir - 3:1.

Son xəbərlər

Orphus sistemi