Messi Çempionlar Liqasında het-triklərin sayına görə rekorda imza atıb

Messi Çempionlar Liqasında het-triklərin sayına görə rekorda imza atıb Bakı. 19 sentyabr. REPORT.AZ/ Barselonanın hücumçusu Lionel Messi Çempionlar Liqasında het-triklərin sayına görə Yuventusun hücumçusu Kriştian Ronaldunu üstələyib.
Futbol
19 Sentyabr , 2018 03:56
Messi Çempionlar Liqasında het-triklərin sayına görə rekorda imza atıb

Bakı. 19 sentyabr. REPORT.AZ/ "Barselona"nın hücumçusu Lionel Messi Çempionlar Liqasında het-triklərin sayına görə "Yuventus"un hücumçusu Kriştian Ronaldunu üstələyib.

"Report" "Sovetskiy sport"a istinadən xəbər verir ki, Çempionlar Liqasının birinci turunda PSV-ə qarşı oyunda Kataloniyanın hücumçusu rəqibin qapısından 3 qol (32; 77; 87-ci dəqiqələr) keçirib. Matç "Barselona"nın PSV üzərində 4:0 hesablı qələbəsi ilə başa çatıb.

FİFA-nın rəsmi tvitterinin məlumatına görə, bu, argentinalı futbolçunun Çempionlar Liqasında 8-ci het-trikidir. Messi bu göstərici ilə turnir tarixində rekorda imza ataraq ən yaxşı oyunçu olub. Ronaldu həmin göstəriciyə görə ondan 1 het-trik geri qalır. 

Son xəbərlər

Orphus sistemi