Milli komandaların ən yaxşı bombardirləri siyahısında dəyişiklik baş verib.
"Report"un məlumatına görə, bu, Argentina yığmasının futbolçusu Lionel Messinin Amerika Kubokunda Boliviya ilə görüşdə "dubl" etməsindən sonra gerçəkləşib.
Kapitan aktivindəki qolların sayını 75-ə çatdıraraq, 9-cu pilləyə yüksəlib. Onunla birgə daha 3 futbolçu eyni sayda qol müəllifidir.
Yığmaların ən yaxşı bombardirləri:
1-2. Əli Daei (İran) - 109 qol
1-2. Kriştianu Ronaldu (Portuqaliya)
3. Moxtar Dahari (Malayziya) - 89
4. Ferents Puşkaş (Macarıstan) - 84
5. Qodfri Çitalu (Zambiya) - 79
6. Husseyn Səid (İraq) - 78
7. Pele (Braziliya) - 77
8. Əli Mabhut (BƏƏ) - 76
9-12. Lionel Messi (Argentina) - 75
9-12. Şandor Koçiş (Macarıstan)
9-12. Kunisiqe Kamamoto (Yaponiya)
9-12. Bəşər Abdulla (Küveyt)