Messi "Barselona"da qalmağı istəyir

Messi "Barselona"da qalmağı istəyir "Barselona" komandasının argentinalı hücumçusu Lionel Messi Katalon klubunda qalmaq istəyir.
Futbol
1527
17 Yanvar , 2021 04:53
Messi Barselonada qalmağı istəyir
Lionel Messi

"Barselona" komandasının argentinalı hücumçusu Lionel Messi Katalon klubunda qalmaq istəyir.

“Report” xəbər verir ki, bu barədə “Sport.es” portalına komandanın prezidenti vəzifəsinə iddialı olan Joan Laporta bildirib.

"Mən bilirəm, o qalmaq istəyir. Messi burada qalmaq üçün hər şeyi edəcək”, - o deyib.

Onun sözlərinə görə, klub futbolçunun ehtiyaclarını təmin etmək üçün hər şeyi edir.

Laporta əlavə edib ki, hücumçu xoşbəxt görünür və klubdakı yoldaşlarını dəstəkləyir. "İndi Messi La Liqada "Atletiko"ya çatmağa və Çempionlar Liqasında PSJ-ni keçməyə köklənib", - Joan Laporta fikirlərini ümumiləşdirib.

Ötən ilin dekabrında Fransanın PSJ klubunun Messini transfer etmək istəməsi barədə məlumat yayılıb. “RMC Sport” nəşrinin xəbərinə görə, argentinalı 2021-ci ildə komandaya qoşulmalıdır. PSJ-də "Barselona"da Messi ilə oynamış braziliyalı Neymar da çıxış edir.

Son xəbərlər

Orphus sistemi