Messi: “Barselona”da Neymarın qayıtmasını istəməyən insanlar var”

Messi: “Barselona”da Neymarın qayıtmasını istəməyən insanlar var” İspaniyanın “Barselona” klubunun kapitanı Lionel Messi Fransanın PSJ komandasının hücumçusu Neymarın Katoloniya klubuna mümkün qayıdışına münasibət bildirib.
Futbol
19 Oktyabr , 2019 07:36
Messi: “Barselona”da Neymarın qayıtmasını istəməyən insanlar var”

İspaniyanın “Barselona” klubunun kapitanı Lionel Messi Fransanın PSJ komandasının hücumçusu Neymarın Katoloniya klubuna mümkün qayıdışına münasibət bildirib.

“Report”un məlumatına görə, bu barədə “Metro FM 95.1” radiostansiyası məlumat yayıb.

Messi etiraf edib ki, Neymarın qayıtması bir sıra amillərə görə çətindir.

“Neymarı geri qaytarmaq çətindir. Əvvəlcə onun “Barselona”dan getməsini təsəvvür etmək çətin idi. İkincisi, onun necə getdiyini xatırlamaq lazımdır.İndi klubda onun geri qayıtmasını istəməyən insanlar var.

Ancaq idman baxımından Neymar dünyanın ən yaxşılarından biridir. Eyni zamanda, digər amillərində əhəmiyyətini başa düşürəm”.

Son xəbərlər

Orphus sistemi