Messi “Barselona"da 600-cü qolunu vurub

Messi “Barselona"da 600-cü qolunu vurub “Barselona klubunun (İspaniya) forvardı Lionel Messi Çempionlar Liqasının ½ final mərhələsinin Liverpula qarşı keçirilən ilk oyununda dubl etməklə, komandada 600-cü qolunu vurub.
Futbol
109
2 May , 2019 02:44
Messi “Barselonada 600-cü qolunu vurub
Lionel Messi

“Barselona" klubunun (İspaniya) forvardı Lionel Messi Çempionlar Liqasının ½ final mərhələsinin "Liverpul"a qarşı keçirilən ilk oyununda dubl etməklə, komandada 600-cü qolunu vurub.

"Report" xəbər verir ki, "göy-qırmızılar"ın argentinalı kapitanı oyunda ilk qolunu 75-ci dəqiqədə vurub.

Onun qarşılaşmadakı ikinci qolu 82-ci dəqiqəyə təsadüf edib. Messi bu dəfə cərimə zərbəsindən rəqibin qapısına yol tapıb.

Messi “Barselona“nın heyətində ümumilikdə 683 matç keçirib. O, klubda ilk qolunu 14 il əvvəl - 1 may 2005-ci il tarixində “Albasete"nin qapısına vurub.

Messi cari mövsümdə klub səviyyəsində 46 oyunda iştirak edib, 48 qol vurub, 22 məhsuldar ötürmə edib. O, İspaniya çempionatında və Çempionlar Liqasında bombardirlər siyahısına başçılıq edir.

Son xəbərlər

Orphus sistemi