Messi Argentina millisinin rəsmi matçlarda qollar üzrə rekordçusu oldu

Messi Argentina millisinin rəsmi matçlarda qollar üzrə rekordçusu oldu Futbol üzrə Argentina yığmasının 33 yaşlı hücumçusu, Amerika Kubokunun Çili seçməsinə qarşı birinci turunun oyununda (1:1) cərimədən vurulan qolla fərqlənən Lionel Messi əhəmiyyətli statistik nailiyyətə imza atıb.
Futbol
1421
15 İyun , 2021 08:08
Messi Argentina millisinin rəsmi matçlarda qollar üzrə rekordçusu oldu

Futbol üzrə Argentina yığmasının 33 yaşlı hücumçusu, Amerika Kubokunun Çili seçməsinə qarşı birinci turunun oyununda (1:1) cərimədən vurulan qolla fərqlənən Lionel Messi əhəmiyyətli statistik nailiyyətə imza atıb.

“Report” xəbər verir ki, bu, Messinin karyerası ərzində Argentina yığmasının heyətindəki rəsmi matçlarda 39-cu qol olub. Hücumçu bu göstərici üzrə əfsanəvi Qabriel Batistutanı (38 qol) keçməyi bacarıb.

Messinin Argentina yığmasının heyətində hesabında ümumilikdə 145 matç var. O, bu oyunlarda 73 qol vurub. Batistuta isə 49 görüşdə 45 dəfə fərqlənib. Siyahıdakı ilk üçlüyü 97 oyunda 41 qolla Serxio Aquero bağlayır.

Messi ötən mövsüm "Barselona"nın heyətində 47 görüşdə iştirak edib, onun hesabında 38 qol və 14 məhsuldar ötürmə var.

Son xəbərlər

Orphus sistemi