Messi Argentina millisində yeni rekorda imza atdı

Messi Argentina millisində yeni rekorda imza atdı Bu, Messinin yığmadakı 148-ci qarşılaşması kimi tarixə düşüb. Forvard 147 görüş keçirmiş Xavyer Maskeranonun rekordunu qırıb
Futbol
29 İyun , 2021 08:58
Messi Argentina millisində yeni rekorda imza atdı

İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi Argentina millisində yeni rekorda imza atıb.

"Report"un məlumatına görə, 34 yaşlı hücumçu buna Amerika Kubokunda Boliviyaya qarşı keçirdikləri A qrupunun son matçında nail olub.

Bu, Messinin yığmadakı 148-ci qarşılaşması kimi tarixə düşüb. Forvard 147 görüş keçirmiş Xavyer Maskeranonun rekordunu qırıb.

Qeyd edək ki, oyun Argentina millisinin 4:1 hesablı qələbəsi ilə bitib. Komandanın iki qolunu Lionel Messi vurub. Argentina 1/4 finalda Ekvadorla üz-üzə gələcək. Görüş iyulun 4-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi