​Messi Amerika Kubokunun ən yaxşı futbolçusu mükafatından imtina edib

​Messi Amerika Kubokunun ən yaxşı futbolçusu mükafatından imtina edib O, bununla DÇ-2014-də oldu kimi təhqirdən yayınmağa çalışıb
Futbol
131
5 İyul , 2015 23:30
​Messi Amerika Kubokunun ən yaxşı futbolçusu mükafatından imtina edib

Bakı. 5 İyul. REPORT.AZ/ "Barselona" və Argentina millisinin forvardı Leonel Messi Amerika Kuboku-2015-in ən yaxşı futbolçusu mükafatından imtina edib.

"Report" xəbər verir ki, bu barədə italiyalı jurnalist Tankredi Palmeri öz Twitter səhifəsində yazıb.

"İnanılmazdır. Messi Amerika Kuboku-2015-in ən yaxşı futbolçusu mükafatından imtina etdi. Ona görə ki, Dünya Çempionatı-2014-dəki kimi alçalmaq istəmədi. Bu hadisə mərasimin on dəqiqə gec başlamasına səbəb olub. Onlar Messini razı salmağa çalışırdılar, stadionda isə anlaşılmaz vəziyyət yaranmışdı", – deyə Palmeri yazıb.

Xatırladaq ki, Argentina Kubokun finalında Çili millisinə oyunsonrası penaltilər seriyasında 1:4 hesabı ilə məğlub olub.

Messi turnirdə keçirdiyi altı oyunda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Son xəbərlər

Orphus sistemi