Messi 5-ci dəfə İspaniya çempionatının ən yaxşı bombardiri olub
Futbol
- 22 may, 2021
- 18:51
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Barselona"nın futbolçusu Lionel Messi 2020/2021 mövsümündə İspaniya çempionatının ən yaxşı bombardiri olub.
"Report" xəbər verir ki, Messi cari mövsümdə 30 qol vurub. "Barselona"nın hücumçusu 35 matç keçirib. Argentinalı hücumçu ardıcıl beşinci dəfədir La Liqanın ən yaxşı bombardiri sayılır.
Siyahıda ikinci yeri Kərim Benzema ("Real Madrid") və Jerar Moreno ("Vilyarreal") tutub. Hər iki futbolçu 23 qol vurub. Üçüncü yerdə isə 21 qolla "Atletiko"nun hücumçusu Luis Suares qərarlaşıb.
“Selta”nın hücumçusu Yaqo Aspas turnirin ən yaxşı assistenti olub. Onun hesabında 13 məhsuldar ötürmə var. Messi və "Atletiko"nun yarımmüdafiəçisi Markos Lyorente 11 məhsuldar ötürmə ediblər.
Son xəbərlər
08:31
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:26
Senatda demokratların lideri İranla müharibəni başa çatdıracağına söz verib
Digər ölkələr
08:08
Paraqvay parlamenti prezidentin impiçmenti təşəbbüsünü müzakirə edəcək
Digər ölkələr
08:00
Cənubi Koreya XİN: ABŞ-la birgə hərbi təlimlər sırf müdafiə xarakteri daşıyır
Digər ölkələr
07:52
Türkmənistan Prezidenti "Şimal-Cənub" dəhlizi çərçivəsində yeni avtomobil yolunu açıb
İnfrastruktur
07:38
Bakının iki rayonunda işıq kəsiləcək
Energetika
07:04
Yaponiya kütləvi məlumat sızmalarına qarşı xüsusi qrup yaradacaq
Digər ölkələr
06:37
Bob Dilan Roma Papası XIV Leo ilə Vatikanda görüşüb
Digər ölkələr
06:13
Şimali Koreyada yeni HHM kompleksi sınaqdan keçirilib
Digər ölkələr