Bakı. 16 dekabr. REPORT.AZ/ Məşqçilər Komitəsinin AFFA-nın baş katibi Elxan Məmmədovla bu günə nəzərdə tutulan görüşü baş tutmayıb. Bu barədə "Report"a açıqlamasında komitə sədri Vaqif Sadıqov məlumat verib.
Onun sözlərinə görə, tədbir E.Məmmədovun işləri ilə əlaqədar təxirə salınıb. Komitə üzvlərinə baş katiblə görüşün həftəsonu mümkün olacağı bildirilib.
Qeyd edək ki, Məşqçilər Komitəsi ilə AFFA-nın baş katibi arasındakı görüşdə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına namizədlərin müzakirəsi və komitənin 5-ci üzvünün müəyyənləşdirilməsi nəzərdə tutulmuşdu.