Məşhur şərhçi azərbaycanlı futbolçunu sərt tənqid etdi

Məşhur şərhçi azərbaycanlı futbolçunu sərt tənqid etdi Ayaz Quliyevin tarixçəsi Spartak rəhbərliyi üçün kifayət qədər açıqdır. Bu oğlan məşqçi ilə münasibətdə izaholunmaz kobudluğa görə ikinci komandaya göndərilib.
Futbol
1206
26 May , 2020 11:31
Məşhur şərhçi azərbaycanlı futbolçunu sərt tənqid etdi

"Ayaz Quliyevin tarixçəsi "Spartak" rəhbərliyi üçün kifayət qədər açıqdır. Bu oğlan məşqçi ilə münasibətdə izaholunmaz kobudluğa görə ikinci komandaya göndərilib".

"Report"un məlumatına görə, bunu Rusiyalı məşhur şərhçi Vasili Utkin şəxsi bloqunda yazıb.

Moskva "Spartak"ının azərbaycanlı futbolçusu Ayaz Quliyevin intizamsız hərəkətinə görə cəzalandırılmasına münasibət bildirən bloger bunun ilk dəfə baş vermədiyini vurğulayıb. 24 yaşlı yarımmüdafiəçinin bir müddət öncə piyada keçidində ABŞ vətəndaşını döyməsini xatırlayan tanınmış jurnalist onun başına gələnlərdən dərs çıxarmadığını qeyd edib: "Tanışım mənə yazıb ki, Ayaz həmişə personalla kobud rəftar edir. Belə insanlar var. Bəzən bu xasiyyət yaşla keçir. Görünür, bu, Ayaza aid deyil. Onun piyadaya hücumu Kokorin/Mamayev hadisəsinin fonunda baş vermişdi. Həmin vaxt Quliyev həbsxananın bir neçə addımlığından keçdi. Bu da ona dərs olmadı".

V.Utkin bu cür hadisələrdən sonra məişət zorakılığı haqqında qanuna yenidən baxılacağına ümid edir: "Bunu əxlaqla əlaqələndirmirəm, Quliyev yetkin insandır. Ləyaqətli cəmiyyətdə yaşamağı bacarmır. Özünü aparmağı öyrənməsə, ləyaqətsiz cəmiyyətdə yaşamalı olacaq. Ümid edirəm ki, məişət zorakılığı haqqında qanuna yenidən baxılacaq. Yalnız bundan sonra belə hadisələrin qarşısını almaq mümkün olacaq".

Şərhçi baş vermiş qalmaqala görə "Spartak" rəhbərliyini də günahlandırıb: "Klub ona 2 dəfə pul xərclədi: əvvəl yetişdirmək, sonra satdığı komandadan geri almaq üçün. Komanda 5 yaşından bəri hazırladığı adamı tanıya bilmirsə, akademiyadakılar nə işlə məşğul olurlar? Oyunçu seçimləri ilə məşğul olun. Beyinləri adət-ənənələrlə doldurmayın. Burada ağıl lazımdır".

Qeyd edək ki, Ayaz Quliyev məşq vaxtı fiziki hazırlıq üzrə məşqçi Vladimir Çipzanoviçlə münaqişəyə girdiyi üçün "Spartak"ın əvəzedici komandasına göndərilib.

Ayaz Quliyev
Ayaz Quliyev

Son xəbərlər

Orphus sistemi