Futbolçunun fiqurunun baş hissəsini oğurlayanlar saxlanıldı

Futbolçunun fiqurunun baş hissəsini oğurlayanlar saxlanıldı Polislər Rusiya millisinin və "Zenit"in kapitanı Artyom Dzyubanın alüminiumdan hazırlanmış fiqurunun baş hissəsini oğurlayan şəxsləri saxlayıb.
Futbol
16 İyul , 2020 20:44
Futbolçunun fiqurunun baş hissəsini oğurlayanlar saxlanıldı

Polislər Rusiya millisinin və "Zenit"in kapitanı Artyom Dzyubanın alüminiumdan hazırlanmış fiqurunun baş hissəsini oğurlayan şəxsləri saxlayıb.

"Report" "Mash" telekanalına istinadən xəbər verir ki, artıq onların ifadələri alınıb.

Hadisə Podolsk şəhərində baş verib. Fiqurun yanından keçən 4 nəfər gəncdən biri əvvəlcə oraya öz təbii ehtiyacını ödəyib. Digəri isə fiqurun başını qoparıb. Onlar həmin hissəni özləri ilə aparıblar.

Oğurluq hadisəsi ərazidəki təhlükəsizlik kameralarından birinə düşüb. Bundan narazı qalan yerli sakinlər polisə müraciət ediblər.

Dəymiş zərərin 30 min rubl olduğu bildirib.

Qeyd edək ki, daha əvvəl - ötən ilin oktyabrında iki qız fiqurun baş hissəsini qopararaq oğurlayıblar.

Son xəbərlər

Orphus sistemi