Məşhur futbolçunun agenti həbs olunub

Məşhur futbolçunun agenti həbs olunub Belçika millisinin və İspaniyanın “Real Madrid” komandasının qapıçısı Tibo Kurtuanın agenti Kristof Henrotay Monakoda saxlanılıb.
Futbol
12 Sentyabr , 2019 10:31
Məşhur futbolçunun agenti həbs olunub

Belçika millisinin və İspaniyanın “Real Madrid” komandasının qapıçısı Tibo Kurtuanın agenti Kristof Henrotay Monakoda saxlanılıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, polis bununla bağlı Monako ilə yanaşı, İngiltərənin paytaxtı London və Belçikanın Lyerj şəhərində reyd keçirib. Nəticədə agentin 2 mənzilinə, 1 qayığına, 3 bahalı avtomobilinə və 7 milyon avro puluna həbs qoyulub.

Henrotayın ifadəsi alınmaqla bərabər, onunla əməkdaşlıq bir şəxsi Lyerjdə tutub. Agent və onun tərəfdaşı transferləri həyata keçirən zaman korrupsiya hallarına yol verməkdə və “çirkli pullar”ın yuyulmasında ittiham olunurlar.

İstintaqın verdiyi məlumata görə, Henrotay bir neçə sövdəlşmədə məharətlə fırıldaqçılıq edib. Məhz hansı futbolçunun transferlərinin şübhə altına düşdüyü bildirilmir.

Qeyd edək ki, Henrotay Yannik Karrasko və Kevin Miralyas kimi belçikalı oyunçuların da agentidir. O, daha öncə Romelu Lukaku və Daniel van Byutenin timsalında başqa həmyerliləri ilə də işləyib.

Son xəbərlər

Orphus sistemi