Bakı. 30 mart. REPORT.AZ/ Braziliya millisinin sabiq futbolçusu Adriano xəstəxanaya müraciət edib.
“Report” “UOL Esporte” portalına istinadən xəbər verir ki, 36 yaşlı veteran oyunçu əlindəki kəsik yaralarının kəskin iltihabı diaqnozu ilə Rio-de-Janeyrodakı klinikaların birinə yerləşdirilib.
Onun zədələri evdə aldığı və həyatı üçün təhlükə olmadığı bildirilir.
Qeyd edək ki, Adriano karyerası ərzində İtaliyanın “İnter” və “Roma” kimi klublarının formasını geyinib. O, Braziliya yığmasının heyətində 51 oyunda 29 qol vurub. Son illər spirtli içki və narkotik aludəçisi olan sabiq forvard tüfeyli həyat sürür.