Məşhur futbolçu karyerasını başa vurub

Məşhur futbolçu karyerasını başa vurub Bakı. 28 noyabr. REPORT.AZ/ İrlandiya millisinin sabiq futbolçusu Robbi Kin karyerasını başa vurub.
Futbol
124
28 Noyabr , 2018 19:05
Məşhur futbolçu karyerasını başa vurub

Bakı. 28 noyabr. REPORT.AZ/ İrlandiya millisinin sabiq futbolçusu Robbi Kin karyerasını başa vurub.

“Report” BBC-yə istinadən xəbər verir ki, 38 yaşlı hücumçu İrlandiya yığmasının baş məşqçisi Mik Makkartinin köməkçisi təyin olunub.

Qeyd edək ki, Kin millidə 1998-ci ildə debüt edib. O, bu müddətdə keçirdiyi 145 matçda 68 qol vurub. Veteran forvard karyerası ərzində İngiltərənin “Lids”, “Tottenhem”, “Liverpul”, İtaliyanın “Milan”, ABŞ-ın “Los-Anceles Qelaksi” kimi klubların formasını geyinib. Onun son iş yeri Hindistan “Atletiko”su olub.

Son xəbərlər

Orphus sistemi