Məşhur futbolçu iki il müddətinə sürücülük hüququndan məhrum edilib

Məşhur futbolçu iki il müddətinə sürücülük hüququndan məhrum edilib 32 yaşlı hücumçu 100 saat ictimai işlərlə məşğul olmaq cəzası da alıb
Futbol
18 Sentyabr , 2017 14:22
Məşhur futbolçu iki il müddətinə sürücülük hüququndan məhrum edilib

Bakı. 18 sentyabr. REPORT.AZ/ İngiltərənin “Everton” klubunun futbolçusu Ueyn Runi iki il müddətinə sürücülük hüququndan məhrum edilib. 

“Report” xəbər verir ki, bu barədə “Twitter”də BBC-nin jurnalisti Den Roan yazıb.

Məhkəmə qərarına əsasən, 32 yaşlı hücumçu 100 saat ictimai işlərlə məşğul olmaq cəzası da alıb.

Qeyd edək ki, İngiltərə millisinin sabiq üzvü olan Ueyn Runi avqustun 31-də sərxoş halda avtomobil idarə etdiyi üçün saxlanılıb. Belə davranışı səbəbindən “Everton” klubu onu 300 min funt sterlinq cərimələyib.

Son xəbərlər

Orphus sistemi