​Məşhur fransalı futbolçu karyerasını başa vurub

​Məşhur fransalı futbolçu karyerasını başa vurub Trezegenin sonuncu klubu Hindistan "Puna"sı olub
Futbol
21 Yanvar , 2015 02:18
​Məşhur fransalı futbolçu karyerasını başa vurub

Bakı. 21 yanvar. REPORT.AZ/ Futbol üzrə Fransa millisinin heyətində 1998-ci ildə Dünya çempionu, 2000-ci ildə isə Avropa çempionu olan hücumçu David Trezege karyerasını başa vurub.

"Report" xəbər verir ki, 37 yaşlı forvardın sonuncu klubu Hindistanın "Puna Siti" kollektivi olub.

O, milli komandanın heyətində cəmi 71 oyun keçirib və 34 dəfə fərqlənib. Forvard Avro-2000-nin finalında komandasının qələbə topunu vurub. Futbolçu, həmçinin Fransa ("Monako"nun heyətində) və İtaliya ("Yuventus" ) çempionu olub. Trezege Turin klubunda keçirdiyi 245 matçda 149 qola imza atıb.

Son xəbərlər

Orphus sistemi