APOEL-in futbolçusundan "Qarabağ" xatirəsi - FOTO

APOEL-in futbolçusundan "Qarabağ" xatirəsi - FOTO Kiprin APOEL klubunun futbolçusu Giorqos Merkis UEFA Avropa Liqasının qrup mərhələsində Qarabağa qarşı Bakıdakı oyunda geyindiyi formanı komandasının Nikosiyada yerləşən muzeyinə bağışlayıb.
Futbol
15 Fevral , 2020 10:07
APOEL-in futbolçusundan Qarabağ xatirəsi - FOTO

Kiprin APOEL klubunun futbolçusu Giorqos Merkis UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı Bakıdakı oyunda geyindiyi formanı komandasının Nikosiyada yerləşən muzeyinə bağışlayıb.

"Report" xəbər verir ki, bu barədə 34 yaşlı yunanıstanlı müdafiəçi özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.

Muzeydə gördüklərindən məmnun qalan Merkis yerli azarkeşləri də oranı ziyarət etməyə çağırıb: "Qarabağ"la oyunda əynimdə daşıdığım formanı APOEL-in muzeyinə verdiyim üçün qürur hissi keçirdim. Bütün azarkeşlərimizi bu gözəl məkanı görməyə dəvət edirəm".

Qeyd edək ki, "Qarabağ" və APOEL komandaları arasında oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilmiş həmin oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. 

Son xəbərlər

Orphus sistemi