Bakı. 25 iyul. REPORT.AZ/ Meksikanın "Mineros" klubunun futbolçusu Fransisko Rivera baxımlı qola imza atıb.
"Report"un məlumatına görə, Rivera "Leon" komandası ilə Meksika Kuboku matçının 66-cı dəqiqəsində 40 metr məsafədən dəqiq zərbə endirib.
Qeyd edək ki, qarşılaşma "Mineros"un 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.