MDB Oyunları: Azərbaycanın futzal millisinin rəqibləri bəlli olub

MDB Oyunları: Azərbaycanın futzal millisinin rəqibləri bəlli olub Rusiyanın Kazan şəhərində təşkil olunan I MDB oyunlarında iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin rəqibləri müəyyənləşib.
Futbol
3 Sentyabr , 2021 19:21
MDB Oyunları: Azərbaycanın futzal millisinin rəqibləri bəlli olub

Rusiyanın Kazan şəhərində təşkil olunan I MDB oyunlarında iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin rəqibləri müəyyənləşib.

Federasiyadan "Report"a verilən məlumata görə, B qrupunda yer alan kollektiv Belarus və Qırğızıstan yığmaları ilə üz-üzə gələcək.

Komanda ilk oyununu sentyabrın 7-də Belarusa qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, U-19 Kazana sentyabrın 5-də yollanacaq. Baş məşqçi Ağatahir Əzimov yarışda bu futzalçıların xidmətindən istifadə edəcək: Nazim Rəhimov, Fariz Mehrəliyev, Xəzər Ağalızadə, Azər Fərmanov, Nurlan Məmmədov, Məhəmməd Abbasov, Fərid Mikayılov, Asiman Yusubov, Şahmar Cəfərli, Əli Mahmudov, Elgün Rzayev, Mirzə Əmirov, Şaiq Vəlizadə, Fuad Məmmədzadə.

Son xəbərlər

Orphus sistemi