MDB Oyunları: Azərbaycanın futzal millisi 5-ci yeri tutub

MDB Oyunları: Azərbaycanın futzal millisi 5-ci yeri tutub Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi Rusiyanın Kazan şəhərində təşkil olunan I MDB Oyunlarında çıxışını başa vurub.
Futbol
10 Sentyabr , 2021 14:34
MDB Oyunları: Azərbaycanın futzal millisi 5-ci yeri tutub

Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi Rusiyanın Kazan şəhərində təşkil olunan I MDB Oyunlarında çıxışını başa vurub.

"Report"un yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Ağatahir Əzimovun başçılıq etdiyi kollektiv 5-ci yer uğrunda oyunda Moldova ilə qarşılaşıb. Rəqibinə 10:5 hesabı ilə qalib gələn yığma yekunda 5-ci olub.

Əli Mahmudovun het-trik etdiyi matçda Nurlan Məmmədzadə, Xəzər Ağalızadə dubl edib. Digər qolları isə Şahmar Cəfərli, Mirzə Əmirov və Fuad Məmmədzadə vurublar.

Son xəbərlər

Orphus sistemi