MDB Oyunları: Azərbaycanın çimərlik futbolu yığması qələbə qazanıb

MDB Oyunları: Azərbaycanın çimərlik futbolu yığması qələbə qazanıb Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan II MDB Oyunlarında növbəti matçını keçirib.
Futbol
7 avqust 2023 14:59
MDB Oyunları: Azərbaycanın çimərlik futbolu yığması qələbə qazanıb

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan II MDB Oyunlarında növbəti matçını keçirib.

"Report"un məlumatına görə, Birləşmiş Ərəb Əmirlikləri ilə qarşılaşan yığma 7:3 hesablı qələbə qazanıb. Sabir Allahquliyevin dubl etdiyi görüşdə digər qolları İsa Zeynallı, Ramil Əliyev, Elçin Qaslmov, Orxan Məmmədov və Elşad Manafov vurublar.

Milli komanda turnirdə növbəti oyununu avqustun 8-i saat 15:30-da Özbəkistan yığmasına qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi