Mbappe PSJ ilə müqaviləni uzatmağa razılıq verib

Mbappe PSJ ilə müqaviləni uzatmağa razılıq verib Fransa millisinin futbolçusu Kilian Mbappe hazırda çıxış etdiyi PSJ ilə yeni müqavilə barədə razılığa gəlib.
Futbol
5 May , 2022 23:26
Mbappe PSJ ilə müqaviləni uzatmağa razılıq verib

Fransa millisinin futbolçusu Kilian Mbappe hazırda çıxış etdiyi PSJ ilə yeni müqavilə barədə razılığa gəlib.

"Report" "Le Parisien"ə istinadən xəbər verir ki, 24 yaşlı hücumçu Paris klubu ilə 2+1 illik sözləşmə imzalayacaq. Anlaşmaya əsasən, forvard illik 50 milyon avro qazanacaq. O, həmçinin 100 milyon avro bonus alacaq.

Qeyd edək ki, Kilian Mbappe 2017-ci ilin avqustundan PSJ-də çıxış edir. Futbolçu bu mövsüm 43 oyunda 35 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi