Mbappe karyerası ilə bağlı yekun qərarını verib

Mbappe karyerası ilə bağlı yekun qərarını verib Fransa millisinin hücumçusu Kilian Mbappe PSJ ilə müqaviləsinin müddətini uzatmayacaq.
Futbol
14 Oktyabr , 2021 23:57
Mbappe karyerası ilə bağlı yekun qərarını verib
Kilian Mbappe

Fransa millisinin hücumçusu Kilian Mbappe PSJ ilə müqaviləsinin müddətini uzatmayacaq.

"Report" AS nəşrinə istinadən xəbər verir ki, 23 yaşlı hücumçu cari mövsümün sonunda Paris klubunu İspaniya "Real Madrid"inə dəyişmək niyyətindədir.

İddiaya görə, gənc forvard sözləşməni yeniləməməklə bağlı prinsipial qərar qəbul edib. O, klubun təklif edəcəyi maaşdan asılı olmayaraq, PSJ-dən ayrılacaq.

Qeyd edək ki, Kilian Mbappenin paytaxt təmsilçisi ilə müqaviləsi 2022-ci il iyunun 30-da başa çatacaq. "Real Madrid" futbolçuya 6 illik müqavilə və 40 milyon avro məvacib təklif edib.

Son xəbərlər

Orphus sistemi